Qadınlar və uşaqlar tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ötən il cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, 2019-cu il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 16,4 faiz azalmış, 14-17 yaşda olan uşaqların sayı isə 0,3 faiz artıb.


2020-ci ildə qadınlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı müvafiq olaraq 7,0 faiz və 9,3 faiz, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı isə müvafiq olaraq 26,8 faiz və 12,9 faiz azalıb. Əvvəlki illə müqayisədə qadınların və yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş cinayətlərin sayında da müvafiq olaraq 26,6 faiz və 1,8 dəfə azalma müşahidə olunub.

Teqlər: