Qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Kendi Brier-Vetilyar (Fransa, 67.400 xal), Meqan Kili (Böyük Britaniya, 66.800 xal), Tahina Piters (Belçika, 66.500 xal), Tia Teylor (ABŞ, 65.000 xal), Lüsi Tümuan (Fransa, 64.900 xal), Meqan Surman (Böyük Britaniya, 64.800 xal), İrina Siliçeva (Rusiya, 64.600 xal) və Luiza van Regenmortel (Belçika, 64.300 xal) çıxıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: