Qadınlar arasında batut üzərində hərəkətlərdə finalçı komandalar məlum olub

Xəbər - Cani Babayeva – AzerTimes:

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında qadınlar arasında batut üzərində hərəkətlərdə finalçı komandalar məlum olub.

AzerTimes-in məlumatına görə, finala Böyük Britaniya (196.500 xal), Fransa (196.400 xal), Rusiya (194.300 xal), Belçika (194.200 xal) və ABŞ (186.200 xal) komandaları çıxıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: