Sumqayıtda sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücü Aqil Kosayev saxlanılıb.
AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun haqqında araşdırmalar başlanılıb.
Qeyd edək ki, avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.