Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib

Azərbaycan Vəkillər Kollegiyasında Qadın Vəkillər Alyansının
əsasnaməsi təsdiq edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, Azərbaycan Qadın Vəkillər Alyansı vəkillərin
müstəqilliyi prinsipinə əməl edilməklə, qadınlar və uşaqlara dair
insan hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsinin
gücləndirilməsi, qadınlar və uşaqlar arasında hüquqi maarifləndirmə
işinin aparılması, cəmiyyətin ictimai, sosial, mədəni və hüquqi
sferasında qadın vəkillərin rolunun artırılması və fəal iştirakının
təmin edilməsi, hüquqşünas qadınlar arasında vəkil peşəsinin
təbliği və qadın vəkillərin sayının artırılması məqsədilə ilə
Azərbaycan Konstitusiyasının, “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” qanununun və Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının Nizamnaməsinin tələblərinə uyğun olaraq
yaradılır.

Teqlər: