Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
AzerTimes-ın məlumatına görə, yığma III turda Yunanıstan seçməsini sınağa çəkib. Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb.
Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.
Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.
Azərbaycan – Yunanıstan – 2,5:1,5
Günay Məmmədzadə – Stavrula Tsolakidu – 0,5:0,5
Xanım Balacayeva – Anastasiya Avramidu – 0,5:0,5
Gövhər Beydullayeva – Yekaterina Pavlidu – 1:0
Gülnar Məmmədova – Haritomeni Markantonaki – 0,5:0,5
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.