Azərbaycanın şahmat üzrə kişilər və qadınlardan ibarət komandaları Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempinonatında növbəti turun görüşlərini keçiriblər.
Trend xəbər verir ki, qadınlardan ibarət kollektiv Niderland üzərində qələbə qazanaraq aktivindəki xalların sayını 12 çatdırıb və yarışı üçüncü yerdə başa vurub. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçəyə razılaşıb, Gülnar Məmmədova isə məğlubiyyətə uğrayıb.
Kişilərdən ibarət yığma Fransa komandasıyla qarşılaşıb. Oyun fransızların qələbəsi ilə yekunlaşıb. Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə məqlubiyyətlə üzləşib.
Kişilərdən ibarət komandamız 12 xalla yarışda 5-ci yeri tutub.