Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosasiyası işğaldan azad edilmiş ərazilərdə həyata keçirəcəyi layihələri açıqlayıb.
Assosasiyadan AzerTimes-ın sorğusuna cavab olaraq verilən məlumata görə, təşkilata üzv olan qadın sahibkarlar azad edilmiş ərazilərdə bir neçə layihəni həyata keçirməyi planlaşdırır və layihələrini artıq assosasiyaya təqdim ediblər.
Bu layihələrə arasında Qarabağda Xarıbülbül tekstil fabriki, quşçuluq fabriki, çaytikanı yağının istehsalı müəssisəsi, südçülük ferması, moda mərkəzi, turizm layihəsi, psixoloji və nitq inkişaf mərkəzi, sabun istehsalı müəssisəsi, ayaqqabı istehsalı müəssisəsi, ənginar bitkisinin yetişdirilməsi müəssisəsi, suvenir və miniatür məhsulların istehsalı müəssisəsi və digər layihələr yer alıb.
Qeyd edək ki, yanvarın 25-də YAP Mərkəzi Aparatında Yeni Azərbaycan Partiyasının və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib. Konfransda müvafiq dövlət qurumlarının rəhbər şəxləri və qadın sahibkarlar çıxış ediblər və azad edilmiş ərazilərdə yeni imkanlıar haqqında danışıblar.