Qadın hüquqları mövzusunda konfrans keçirilib

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi
partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə
təşkilatçılığı ilə “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar
kontekstində” mövzusunda konfrans keçirilib.


Trend
-in məlumatına görə, konfransda Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova, Azərbaycan Respublikasinin Insan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri
Səbinə Salmanova və vətəndaş cəmiyyəti institutlarının rəhbərləri,
ictimai-siyasi fəal qadınlar iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycanda qadın və
uşaqların hüquqlarının qorunması istiqamətində hər bir qurum
üzərinə düşən öhdəlikləri yerinə yetirir.


Ombudsman Səbinə Əliyeva isə daxil olan müraciətlərin
araşdırıldığını pandemiya dövründə də qadınların problemlərinə
diqqətlə yanaşılaraq onların həlli üçün zəruri tədbirlər
görüldüyünü qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi
partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova isə
hazırkı dövrdə siyasi arenada qadınların rolunun çox böyük olduğunu
vurğulayıb.

Teqlər: