Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzerTimes-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, məhkum Bəhruz Arif oğlu Mustafayevə həyat yoldaşı Samirə Paşa qızı Mustafayevanın gətirdiyi sovqatdakı gödəkçənin cibində gizlədilmiş bükülülərdə 4,168 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.