Dəmiryolu vağzalına ərə getdi

Dəmiryolu vağzalına ərə getdi

Amerikada olduqca qəribə bir “nikah” baş tutub. 45 yaşlı qadın dəmiryol vağzalına ərə gedib. Kaliforniya sakini artıq 30 ildən çoxdur ki, Santa Fe vağzalına aşiq imiş.

Kerol adlı qadın vağzalla arasında 36 illik platonik eşq olduğunu deyib. İllərin “sevgisindən” sonra qadın özü addım atıb və dəmiryol vağzalı ilə “ailə qurub”.

İndi o iddia edir ki, adıçəkilən qurumun binası da ona qarşı biganə deyil.

Təbii ki, bu birlikdəlik rəsmən qeydiyyata alınmayıb. Lakin Keron özünü ərli qadın hiss etmək üçün soyadını da dəyişib və Santa Fe olub.

Amerikalı qadın San Diyeqo şəhərində yaşayır. “Əri” isə ondan 45 dəqiqəlik məsafədə yerləşir. Kerol hər gün bu yolu qət edərək sevimlisi ilə görüşə gəlir.

demiryol-vagzali-arvadi