Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən “Medica Hospital” xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.