Xalqımızın qəhrəman oğlu, uzun illər Şura hökumətinə qarşı dəyanətlə mübarizə aparmış tarixi şəxsiyyət Qaçaq Mayılın qızı Seyrə xanım 101 yaşında vəfat edib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, Seyrə xanım bu gün saat 13-də Qonaqkənddə, atasınun uyuduğu məzarlıqda torpağa tapşırılacaq.
Sənəddə təvəllüdü 1922-ci il göstərilən, özünün söylədiyinə görə isə doğum ili təxminən 1916-cı ilə təsadüf edən Seyrə xanım tez-tez “Ay işığı” ədəbi məclisinin qonağı olub, Qaçaq Mayılın taleyi və mübarizə yolu haqqında çox mətləbləri anladıb, çox sirləri açıb.