Qabrelyanov Ermənistana buraxılmadı

Qabrelyanov Ermənistana buraxılmadı

Rusiyanın “Nyus Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov Ermənistana buraxılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Qabrelyanov jurnalistika üzrə ustad dərsləri keçmək üçün birgünlük səfər etməyi planlaşdırırdı.

Erməni jurnalistə onun Ermənistanda arzuolunmaz şəxs elan edildiyi, ölkədə vəziyyəti gərginləşdirə biləcəyi bildirilib, bundan sonra o, ilk reyslə Moskvaya qayıdıb.

Teqlər: