Şimali Koreyadan göndərilən zibil dolu şarlardan biri prezident administrasiyası və Koreya Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi Seulun mərkəzindəki kompleksin ərazisinə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Rəsmi məlumata görə, mütəxəssislər şarın düşdüyü ərazidə təhlükəli və zəhərli maddələr aşkar etməyiblər.
Qeyd edilib ki, Cənubi Koreya hərbçiləri zibil dolu şarları havada vurmur, əksinə, potensial təhlükəli dağıntıların havanı çirkləndirməsinin qarşısını almaq üçün yerə endikdən sonra onları toplayır.