Şimali Koreya Vaşinqtonda qəbul edilmiş NATO sammitinin yekun bəyannaməsini qətiyyətlə pisləyir, bunu qlobal miqyasda yeni “soyuq müharibə” və hərbi münaqişəni stimullaşdıran qarşıdurma proqramı hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“ABŞ-ın hərbi bloku genişləndirmək istiqamətindəki intriqaları regionda sülhü ciddi şəkildə təhdid edən, beynəlxalq təhlükəsizliyə şübhə yaradan və qlobal silahlanma yarışına səbəb olan ən pisniyyətli mənbədir”, – XİN əlavə edib.
Qeyd edək ki, bəyannamədə İran və Şimali Koreya Moskvaya birbaşa hərbi dəstək verməklə Rusiyanın Ukraynadakı müharibəsini qızışdırmaqda ittiham edilib.