Şimali Koreya şimalla cənubu birləşdirən yolu partladıb.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, Şimali Koreya hərbçiləri Könison və Tonhe xətləri boyunca yollarda partlayış törədiblər.
Bildirilib ki, Cənubi Koreya hərbçiləri yolların partladılmasına cavab olaraq sərhəd ərazisinə atəş açıblar.