Şimali Koreya Cənubi Koreyaya zibillə dolu 240-a yaxın hava şarı göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, şarların cəmi 10-u Cənubi Koreya ərazisinə düşüb.
Bildirilib ki, şarlarda təhlükəli maddələr aşkarlanmayıb.
Qeyd edək ki, Şimali Koreya ilk dəfə mayın 28-də və 29-da Cənubi Koreyaya zibil dolu şarlar göndərmişdi.