Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanı əsas
rəqib hesab etmir, ona hücum etmək fikrində deyil, lakin vəziyyətin
gərginləşəcəyi təqdirdə Seula qarşı nüvə silahından istifadə etməyə
hazırdır.
Trend Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki,
bunu KXDR liderinin bacısı Kim Yo-jonq bildirib.
Onun sözlərinə görə, ölkəsinə qarşı təxribat törədilməsə, heç
vaxt birinci zərbə vurmayacaq. KXDR cənuba doğru bir güllə belə
atmayacaq.
“Biz Cənubi Koreyanı özümüzə əsas rəqib hesab etmirik. Əgər
onlar hərbi qarşıdurmanı seçərsə, nüvə qüvvələrimiz öz vəzifələrini
yerinə yetirməyə məcbur olacaq”, – Kim Yo-jonqbildirib.