Şimali Koreyan avqust ayından Rusiyaya bir milyondan çox artilleriya mərmisi göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinə istinadla yayılan məlumatda bildirilib.
Qeyd edilib ki, Şimali Koreya Rusiyanın silah-sursat ehtiyaclarını ödəmək üçün öz sursat fabriklərini tam gücü ilə işlədir və həmçinin istehsalı artırmaq üçün sakinləri səfərbər edir. Şimali Koreyanın oktyabr ayında Rusiya rəsmilərinə Şimali Koreyadan ixrac edilən silahlardan necə istifadə etmək barədə məsləhət vermək üçün Rusiyaya silah ekspertləri göndərdiyinə dair əlamətlər də var.