PwC Azərbaycan Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilib (FOTO)

Qarabağ Dirçəliş Fondu ilə PwC Azərbaycan arasında kənar audit
xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

PwC Azərbaycan müqavilə çərçivəsində Beynəlxalq Maliyyə Hesabatı
Standartlarına uyğun şəkildə hazırlanmış, 31 dekabr 2021 tarixində
tamamlanmış il üzrə maliyyə hesabatlarının auditini həyata
keçirəcək.

Müqaviləni Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri
Rəhman Hacıyev və PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici
Partnyoru Mövlan Paşayev imzalayıblar.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə
Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar auditoru
kimi təsdiq olunub.


Qeyd edək ki, PwC dünyanın peşəkar xidmətlər göstərən ən iri
şəbəkələrindən biridir. PwC Azərbaycan müxtəlif sahələr üzrə audit,
vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Qlobal şəbəkəsi
157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 300 min
nəfərə yaxındır.

Şikrət Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb və hazırda
şirkətin Azərbaycandakı ofisində dünyanın bir sıra ölkələrindən
150-ə yaxın mütəxəssis çalışır.

200,000-dən çox qlobal təşkilat, o cümlədən “Fortune Global 500”
reytinq cədvəlindəki şirkətlərin 84%-i PwC şirkəti ilə əməkdaşlıq
edir.

Teqlər: