PwC Azərbaycan, Böyük Britaniyanın Bakıdakı Səfirliyinin Beynəlxalq Ticarət Departamenti tərəfindən təşkil edilmiş və JW Marriott otelində keçirilmiş Səhiyyə Bazarının Tədqiqatı hesabatının təqdimat mərasiminin əsas iştirakçısı olmuşdur.
PwC Azərbaycan layihənin məsləhətçi tərəfdaşı seçilmiş və Azərbaycanın səhiyyə sektorunu və bu sektorun imkanlarını araşdırmışdır.
Tədqiqata PwC Azərbaycan Şirkətinin Məsləhət Xidmətləri qrupunun meneceri xanım İlahə Əmirbəyova və PwC Rusiya Şirkətinin Səhiyyə sektoru üzrə məsləhət xidmətləri praktikasının Direktoru Cənab Moniş Arora rəhbərlik etmişdir. Moniş hesabatın əsas nəticələrindən danışmış, ölkədə tibbi xidmətlərə olan cari tələbatı və Böyük Britaniya ilə Azərbaycan arasında kliniki xidmətlər və infrastruktur, sanitariya sahəsində maarifləndirmə və rəqəmsal transformasiya üzrə əməkdaşlığın potensial imkanlarını vurğulamışdır.
Tədbirdə Səhiyyə Naziri vəzifəsini icra edən cənab Teymur Musayev, habelə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri cənab Qraham Stuart, Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfiri cənab Ceyms Şarp və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sədri cənab Zaur Əliyev daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər iştirak etmişlər.
PwC dəyərin artırılması, yeni iştirakçılar və yeni qlobal bazarlar ilə bağlı problemləri həll etmək üçün direktiv orqanlar, tibbi xidmətlər göstərən təşkilatlar, ödəyicilər və səhiyyə elmləri daxil olmaqla, müştərilərə səhiyyə sahəsində məsləhət xidmətləri göstərən ən böyük şəbəkələrindən birinə malikdir.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz strategiyanın tərtib edilməsindən icrasına qədər vergi, hüquq, audit və məsləhət sahələrində müştərilərimizə məsələlərin həllinə yönəldilmiş xidmətlərin göstərilməsi hesabına buna nail olmuşuq. PwC-nin Bakı ofisində 4 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. PwC dünyanın 156 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 284,258 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com/az