Ukrayna Xarici İşlər Nazirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin telefon danışığı barədə Kiyevin əvvəlcədən məlumatlandırıldığı xəbərlərini təkzib edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Ukrayna tərəfinin guya zəng barədə əvvəlcədən məlumatlandırıldığı haqda xəbərlər yalandır. Buna görə də, Ukrayna zəngi təsdiqləyə və ya ona qarşı çıxma qərarını verə bilməzdi”, – deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ mediası Putin və Trampın 7 noyabrda telefonla danışaraq Ukrayna böhranını müzakirə etdiklərini yazıb. İddia olunurdu ki, rəsmi Kiyev bu zəngdən xəbərdar idi və danışıqların baş tutmasına qarşı çıxmırdı.