Putinlə Tramp arasında ən uzun danışıq… – Peskov

Putinlə Tramp arasında ən uzun danışıq… – Peskov

Rusiya və ABŞ prezidentləri arasında son söhbət iki saata yaxın davam edib, lakin bu, şərti hesablamadır, çünki zəng müddətinə əlaqənin yoxlanılması, tərcüməçilər arasında ünsiyyət də daxildir.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də, müddət baxımından bu, yəqin ki, iki dövlət başçısı arasında ən uzun danışıqlardan biri idi”, – Peskov bildirib.

Teqlər: