Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Yeni il münasibətilə bir-birini təbrik edərək, Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər”, – məlumatda qeyd olunub.