Putinlə rəqs edən nazir Peterburqa köçür

Putinlə rəqs edən nazir Peterburqa köçür

Hazırda Rusiyanın Ryazan vilayətində yaşayan Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Sankt-Peterbuq şəhərinə köçməyə qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə Knaysl TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Peterburqa özünün rəhbərlik etdiyi GORKİ (The Geopolitical Observatory for Russia’s Key İssues) mərkəzində işləmək üçün gedir:

“Mən GORKİ-nin təsisçisiyəm və ona rəhbərlik edirəm. Orada iş çox olduğundan və çox diqqət tələb etdiyindən, Sankt-Peterburqa köçmək qərarına gəldim”.

Qeyd edək ki, 2018-ci il avqustun 18-də Avstriya xarici işlər naziri Karin Knayslın toy mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak etmişdi. Hətta toy mərasimi zamanı Putinlə Knaysl rəqs də etmişdilər.

Teqlər: