Rusiya Prezidenti Vladimir Putinin Dərbəndə səfəri zamanı maraqlı epizod yaşanıb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, Putin helikopterə minərkən əlində “nüvə çamadan”ını saxlayan zabitin formasını düzəldib.
Məsələni şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident Putin ölkənin nüvə qüvvələrini hər zaman şəxsi nəzarətində saxlayır.
O qeyd edib ki, zabitin əlində həmin o məşhur “nüvə çamadanı” olub.