Rusiya Prezidenti Vladimir Putin hələ 2004-cü ildə Ukraynaya müdaxilə etməyi planlaşdırırdı.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili “Tayms” nəşri üçün yazdığı məktubda bildirib.
Saakaşvili yazıb ki, Rusiya prezidenti Kremldə ilk görüşündə öz ərazi ambisiyalarından danışıb:
“Hazırda etdiyi hər şeyi o, ilk görüşümüz zamanı mənə az-çox aydın şəkildə söylədi”.
Eks-prezidentin sözlərinə görə, o, Gürcüstana hücumdan sonra Qərb siyasətçilərini Rusiyadan təhlükə barədə xəbərdar edib, lakin onlar reaksiya verməyiblər:
“Qərbə Putinlə bağlı xəbərdarlıq edəndə qeyri-sabit, qəzəbli bir dəli kimi mənə məhəl qoyulmadılar”.