Əsirlərin mübadiləsi nəticəsində Rusiyaya qayıdan Roman Seleznev hava limanında şəxsən onu qarşılayan ölkə Prezidenti Vladimir Putinlə görüşdən şoka düşüb.
AzerTimes xəbər verir ki, bu barədə o, “İzvestiya” qəzetinə açıqlamasında deyib.
O bildirib ki, prezidentlə əl sıxışanda özünü itirib və “Putinin əlinə dəydiyi üçün” əlini uzun müddət yumayıb.
Seleznev müalicədən sonra ölkəyə xidmətə davam edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Rusiya və ABŞ arasında əsir mübadiləsi Ankarada baş tutmuşdu.