Rusiya Ermənistanla Azərbaycan arasında toqquşmalara yol verməmək üçün əlindən gələni edir və edəcəkdir. Amma Rusiya yalnız diplomatiyadan istfadə edə bilər. Bakıya qarşı Kremlin Ermənistan maraqlarına görə hərbi müdaxilə edəcəyinə inanmaq absurddur.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Moskva ilə Bakının müttəfiq münasibətləri var və Rusiyanın bu vəziyyətdə Azərbaycana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini iddia etmək absurddur”, – deyə o vurğulayıb.
Köçəryan ABŞ və Fransanın Azərbaycana təsir rıçaqlarına malik olmadığını da söyləyib:
“Ərdoğan ölkəsinin milli maraqlarının qorunması üzrə master-klass nümayiş etdirir – heç bir təzyiqlərə məhəl qoymur. O, buna imkan verməz”.