Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan-Ermənistan nizamlanması məsələsini müzakirə edəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” Putinin Bakıya səfər ilə bağlı materiallara istinadla məlumat yayıb.
“Prezidentlər regional və beynəlxalq siyasətin aktual problemləri, xüsusilə Azərbaycan-Ermənistan nizamlanması mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar”, – sənəddə qeyd olunub.