Putinlə danışacam, buna son qoyulmalıdır – Şolts

Putinlə danışacam, buna son qoyulmalıdır – Şolts

Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar yolu ilə Ukraynadakı müharibəyə son qoymağa çalışacam.

AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Mən yenidən Putinlə telefonla danışacam, çünki bir-birimizlə danışmalıyıq. Məhz Putin Ukraynadan qoşunları çıxarmalı və artıq yüz minlərlə insanın həyatına son qoymuş bu dəhşətli mənasız müharibəni bitirməlidir”, – Şolts bildirib.

Şoltsun sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmayınca bu vəziyyət dəyişməyəcək.

Teqlər: