Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə hava ilə bağlı “daimi mübahisəsindən” danışıb.
AzerTimes xəbər verir ki, bu barədə “Pul Pervoqo” Teleqram kanalı yazıb.
“O, isti havaları sevən cənublu adamdır. Bizim Rusiya prezidenti ilə daimi mübahisəmiz var. O, isti havanı sevir, amma mən elə havaya heç cür dözə bilmirəm”, – Lukaşenko bildirib.
Qeyd edək ki, iyunun 5-də Belarus prezidenti Rusiya Federasiyasının İrkutsk vilayətində işgüzar səfərdə olub.