Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiya prezidenti Vladimir Putinin canlı yayımda sualları cavablandırdığı verilişin rəqəmsal sistemlərinə DDoS hücumlar həyata keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu verilişin aparıcılarından biri Yekaterina Berezovskaya deyib.
Aparıcının sözlərinə görə, qonaqlardan biri ilə əlaqə bu hücumlarla əlaqədar yaxşı alınmayıb:
“Məsələ ondadır ki, bu saniyə bizim rəqəmsal texnologiyalarımıza DDoS hücumlar baş verir”.