Moskvanın Novıye Çeremuşki rayonunun sakini Prezident Vladimir Putinin vizit kartını 2.1 milyon rubla satışa çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, vizit kartı Putinin Sankt-Peterburq meriyasında işlədiyi zaman hazırlanıb.
Satıcı bildirib ki, vizit kartı ona atasından qalıb.