G7 ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülhlə bağlı təklifini müzakirə etməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts mediaya açıqlamasında deyib.
“Putinin təklifləri – Rusiyanın iddia etdiyi 4 ərazidən imtina etmək, döyüşü dayandırmaq və NATO-ya üzv olmaq ambisiyalarından əl çəkmək – yalnız diqqəti sülh konfransından yayındırmaq məqsədi daşıyır. Hər kəs bilir ki, bu, ciddi təklif deyil, yalnız İsveçrədə keçirilən sülh konfransı ilə əlaqəlidir”, – o bildirib.