Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təklifi beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.
“Onun təkliflərinin hamısını görməmişəm, amma gördüklərim beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək”, – Vud jurnalistlərə bildirib.
Qeyd edək ki, Putin Ukraynanın Donbas və “Novorossiya”dan qoşunlarını çıxarmağa başladığı və NATO-ya qoşulmamaq öhdəliyi götürən an Rusiyanın atəşi dayandıracağı və danışıqlara hazır olacağını elan edib.