Putinin Ukrayna ilə bağlı inanılmaz sözləri

Putinin Ukrayna ilə bağlı inanılmaz sözləri

Nə qədər təəccüblənməməyə və Kremlin siyasətində məntiq axtarmağa çalışsaq da, alınmır: Putin ötəngünkü çıxışı ilə bir daha bunu sübut etdi.

Dumanın fraksiya liderləri ilə görüşündə dedi ki, Qərb son ukraynalıya qarşı döyüşmək qərarı verib, bu, Ukrayna xalqı üçün faciədir, amma deyəsən, hər şey buna doğru gedir…

Bu fikrin əvvəlində Putinin işlətdiyi “nə deyə bilərik” laqeydliyini də xatırlamaq yerinə düşər.

Təsəvvür edirsinizmi? 46 milyonluq bir xalq haqda Putinin işlətdiyi sözlərdən necə şoka düşməyəsən? Bu xalqın şərqi slavyanlara aidliyi, yəni rusların qardaşları olması faktı isə dəhşətli ritorikanın miqyasını dəfələrlə böyüdür.

Putin “son ukraynalıya qədər” qırmağa hazır olduğunu dolayısı yox, birbaşa elan etdi. Bir liderin siyasi məqsədləri naminə qardaşlarını son nəfərinə qədər qırmağa hazır olmasını elan etməsindən ağır mənzərə təsəvvür etmək mümkün deyil.

Rusiya nə istəyir, nəyə can atır?

Krımı işğal edir, Donbas ərazisini özünə qatır, Gürcüstanda 2 kvazidövlət yaradıb, Yaponiyanın rəsmən işğal etdiyini özünün belə təsdiqlədiyi adalarını qaytarmır: üstəlik, Qazaxıstanın yarıdan çoxunu işğal etməklə hədələyir. Bu cəhənnəm, bu ölkənin spikeri qalxır və İkinci Yelizavetanın qızıl müqabilində 18-ci əsrdə ABŞ-a satdığı Alyaskanı geri ala biləcəkləri haqda hədə səsləndirir.

Dünyanın quru ərazisinin sahəsi 149 milyon kv.km-dir və bunun 17,1 milyonu Rusiyanındır. dünya əhalisi 7 milyarda çatır, ruslar isə 80 milyon civarındadır, Rusiyada yaşayan ümumi əhalinin təxminən 60%-i.

Ərazisi dünyanın 9-dan biridir, əhalisi isə az qala 90-dən biri.

Bu qədər ərazi sənin nəyinə çatmır ki?

Rusların sayı Rusiyada yaşayanların yarısı qədərinə düşüb, amma yenə ruslar trpaq naminə qırğına verilir; rus ailələri artmır, Rusiya əhali sayını miqrantlara vətəndaşlıq verməklə qorumağa çalışır. Bir müddətdən sonra Rusiyanın etnik tərkibi dəyişəcək, qeyri-ruslar dominant olacaq. Bəs bu nəticəni hesablayan yoxdur?

Ucsuz-bucaqsız Rusiya çöllərdə min kilometrlərlə gedirsən, bəzən bir dənə yaşayış məntəqəsinə rast gəlmirsən, məskunlaşma üçün əhali tapılmır. Ancaq qırğına verməyə rus tapılır…

“Son ukraynalıya qədər döyüş” deyil bu, “son rusa qədər”dır.

Bunun dəhşətli fəsadlarını rus xalqı mütləq yaşayacaq…

Teqlər: