Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, Akkuyu AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır:
“Prezidentlərimiz müntəzəm olaraq ünsiyyət qururlar. Səfərdə qaz sektoru, energetika, Akkuyu AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, o cümlədən Qəzzadakı vəziyyət müzakirə ediləcək”.
Qeyd edək ki, yaxın zamanda Putinin Türkiyəyə səfəri gözlənilir.