Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri epidemioloji vəziyyət və hər iki prezidentin iş cədvəli imkan yaradanda baş tutacaq.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edik ki, səfər məsələsi V.Putin və Rəcəb Tayyib Ərdoğanın son təmasları zamanı dəfələrlə qaldırılıb.
“Prezident Ərdoğan Türkiyədə ikitərəfli görüş keçirməkdən məmnun olacağını bildirib. Prezident Putin isə dəvəti qəbul edib. Onlar razılaşıblar ki, epidemioloji vəziyyət və iş cədcəli imkan yaradan kimi bu dəvətdən istifadə etsinlər”, – deyə D.Peskov bildirib.
Xatırladaq ki, bir müddət R.T.Ərdoğan Rusiya və Ukrayna prezidentlərini Türkiyədə qəbul etməyə hazır olduğunu bildirmişdi.