Putinin “tez bitirmək” sözünün hədəfi – Peskov

Putinin “tez bitirmək” sözünün hədəfi – Peskov

Prezident Vladimir Putin “Ukraynada müharibəni mümkün qədər tez bitirmək” deyəndə danışıqları deyil, Rusiyanın Ukraynaya qarşı müharibədə məqsədlərinə çatmasını nəzərdə tuturdu.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Danışıqlarla bağlı ilkin təmaslar yoxdur. Təbii ki, istənilən münaqişə danışıqlar masası arxasında bitir. Söhbət ilk növbədə Rusiyanın qarşısına qoyduğu məqsədlərə nail olmaqla “xüsusi hərbi əməliyyatın” tez başa çatdırılmasından gedir”, – Peskov bildirib.

Teqlər: