Rusiya ordusunun ən təcrübəli zabitlərindən biri, polkovnik-leytenant Dmitri Lissitski Ukraynadakı müharibədə hərbçi yoldaşları arasında böyük itkilərlə barışmayıb və intihar edib.
AzerTimes xəbər verir ki, bu barədə BBC-nin rus versiyası məlumat yayıb.
Məlumata görə, Lissitski bu ilin martında Stavropoldakı mənzilində özünü güllələyib:
“Ölümündən bir müddət əvvəl o, Prezident Administrasiyasına və hərbi idarəyə müraciətlər göndərərək, Putinə və Şoyquya 247-ci alayın məğlubiyyətində kimin günahkar olduğu barədə məlumat çatdırmağa çalışıb. Müharibənin əvvəlində Baş Qərargah rəisinə yaxın olan general Arkadi Marzoyev Xerson və Nikolayevə basqın etmək üçün bir alay göndərib. Hücumun ilk günlərində təxminən 1500 əsgər ölüb. Lissitski nəinki öz batalyonunu Nikolayev hava limanındakı mühasirədən itkisiz geri çəkməyi bacarıb, həm də general Sergey Surovikinin Xersonu və Dneprin bütün sağ sahilini tərk etmək qərarı gələnə qədər İnqulets çayı boyunca müdafiəni təşkil edib.
Lissitskiyə ikinci “Qızıl ulduz” vəd edilib, bunun əvəzində isə onu general Marzoyevlə münaqişədən sonra məzuniyyətə və hər iki ayağından xəsarət aldığı üçün Stavropola müalicəyə göndəriblər.
2023-cü il martın 26-da Putinin Arkadi Marzoyevi “Aleksandr Nevski” ordeni ilə təltif etdiyi məlum olub. Həmin gün Dmitri Lissitzki özünü güllələyib”.