Putinin taxıl sazişi ilə bağlı son sözü budur – Peskov

Putinin taxıl sazişi ilə bağlı son sözü budur – Peskov

Rusiya Prezidenti Vladimir Putin taxıl müqaviləsi ilə bağlı hərtərəfli izahat verib, Kremlin buna əlavə edəcəyi başqa heç nə yoxdur.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət edilməlidir. Müqavilədə olan hər şeyi biz artıq dedik. Buna əlavə edəcəyimiz heç nə yoxdur. Dünən Prezident Putin hökumət üzvləri ilə görüşdə danışarkən tam dolğun izahat verdi”, – o bildirib.

Qeyd edək ki, Putin taxıl müqaviləsi üzrə heç kimin öhdəliyi və razılaşmanı yerinə yetirmək niyyətində olmadığını, sadəcə olaraq Rusiyadan daim nəsə tələb etdiklərini vurğulamışdı. Onun sözlərinə görə, Rusiya sövdələşmənin müddətini uzatmaqla, xarici həmkarlarının nəhayət razılaşdırılmış, eləcə də təsdiq edilmiş parametr və şərtlərə tam əməl edəcəyini gözləyirdi.

Teqlər: