Putinin sülh təşəbbüsü sağlam düşüncəyə ziddir – Sallivan

Putinin sülh təşəbbüsü sağlam düşüncəyə ziddir – Sallivan

Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi sülh təşəbbüsü sağlam düşüncəyə ziddir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Heç bir məsul ölkə deyə bilməz ki, bu, sülh üçün ağlabatan əsasdır. Bu, BMT Nizamnaməsinə, təməl əxlaqa, sağlam düşüncəyə ziddir”, – Sallivan bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən ordusunu geri çəkəcəyi, atəşi dayandıracağı və NATO-ya daxil olmamaq öhdəliyi götürəcəyi halda Ukrayna ilə danışıqlar masasına oturmağa razı olduğunu bildirib.

Teqlər: