Putinin strateji ideyası: daha çox zərbə…

Putinin strateji ideyası: daha çox zərbə…

Rusiyanın Ukraynaya son vaxtlar kütləvi raket hücumunun hədəfi Ukraynanı kapitulyasiyaya məcbur etməkdir. Rusiya lideri Putin çalışır ki, ukraynalılar təslim olsun və Ukrayna ordusu müqavimət göstərə bilməsin.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov yerli mediaya Rusiyanın raket hücumlarını həddən artıq artırmasının səbəbi haqda danışarkən deyib.

“Rusiyada raket, təəssüf ki, çoxdur. Orda həm də vəziyyət belədir: bir namenklatura raket bitəndə digər namenklatura alırlar. Burda əsas məsələ odur ki, bizim rəhbərlik çox sürətlə və effektiv şəkildə çalışaraq, partnyorlarımızdan raket əleyhinə müdafiə vasitələri almalıdır – məsələn, NASAMS və ya “Patriot”, – o bildirib.

Onun sözlərinə görə, Ukrayna atılan raketləri zərərsizləşdirsə, onda Putinin şantajı mənasız olacaq.

Teqlər: