Putinin sözçüsündən Zelenskiyə şok təklif

Putinin sözçüsündən Zelenskiyə şok təklif

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və müharibəni dayandırmağın şərtlərini açıqlayıb.

AzerTimes xəbər verir ki, Peskov bildirib ki, Ukrayna Rusiyanın şərtlərini yerinə yetirməyə razı olarsa, bütün hücumlar dayandırıla bilər.

“Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq və problemi Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə həll etmək üçün hər cür imkanları var” – Kremlin sözçüsü deyib.

Sülh danışıqlarına Rusiyanın yaxın müttəfiqi Belarusdan da çağırış gəlib.

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Rusiya ilə sülh danışıqlarına başlamağa və müharibədə daha çox itki verməməyə çağırıb. Lukaşenko iddia edib ki, Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi “tam dağıntı” ilə nəticələnəcək.

“Hər şey Ukraynadan asılıdır. Əslində, indi hər şey Ukraynanın əlindədir. Əgər onlar öz xalqları arasında çoxlu sayda ölüm görmək istəmirlərsə, dayanmalıdırlar” – Belarus lideri bildirib.

Rusiyanın şərtləri hansılardır?

Bir müddət əvvəl Rusiya Ukrayna hökumətinin dəyişdirilməsi də daxil olmaqla, “xüsusi hərbi əməliyyat” kimi xarakterizə etdiyi müharibənin məqsədlərini açıqlamışdı. Bu yaxınlarda isə Rusiyadan “U” dönüşü kimi bir bəyanat gəlib və Kreml belə bir hədəflərinin olmadığını açıqlayıb.

Peskov bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” Ukraynada hakimiyyəti dəyişmək məqsədi daşımır.

Kremlin sülh şərtlərinə Rusiyaya birləşməyə qərar verən 4 bölgənin Moskvada qalması və Krım məsələsin, ümumiyyətlə, müzakirə olunmaması daxildir.

Rusiya, həmçinin Ukraynanın “neytral” və “qeyri-nüvə” statusuna malik olmasının vacibliyini vurğulayır.

Ukrayna isə hər fürsətdə bildirir ki, rus əsgərləri işğal olunmuş ərazilərdən çəkilmədikcə Kiyev danışıqlar masasına əyləşməyəcək.

Teqlər: