Putin heç vaxt planlarını gizli saxlamayıb. O, açıq şəkildə SSRİ-nin dağılmasını ötən əsrin ən böyük geosiyasi fəlakəti adlandırır. İndi isə o, SSRİ-2 planının başa çatdırmağa nə qədər hazır olduğunu nümaiş etdirir.
AzerTimes xəbər verir ki, bu fikrləri erməni siyasi şərhçi Romella Mnatsakanyan bölüşüb.
Onun sözlərinə görə, bütün bunlar Ermənistanda çoxdan yaxşı başa düşülürdü, çünki ölkədə baş verənlərin demək olar ki, hamısı Kremlin istəklərindən qaynaqlanır.
“Biz bunu Rusiyanın 2008-ci ilin avqustunda müharibə apardığı Gürcüstanda gördük. Bəli, formal olaraq Dmitri Medvedyev o zaman Rusiya Federasiyasının prezidenti idi. Amma biz ağıllı adamlarıq və başa düşürük ki, o, heç vaxt müstəqil qərarlar qəbul etmirdi. Ölkəni ancaq və ancaq Putin idarə edirdi. İndi də o, təkcə Krımı deyil, bütün Ukraynanı ilhaq etməyə qadir olduğunu dünyaya göstərmək qərarına gəlib. Aydındır ki, o, bütün Ukraynanı ələ keçirmək istəyir. Kiyev də daxil olmaqla.
Məsələni bir zərbə ilə həll etməyin mümkün olmaması taktiki səhvdir. Artıq nəticələr çıxarılıb, tezliklə yeni cəhd baş tutacaq. Qərb isə yenə hirslənməklə kifayətlənəcək. ABŞ və bütövlükdə NATO-nun Rusiyaya qarşı açıq mübarizə aparmaq üçün kifayət qədər cəsarəti çatmayacaq. SSRİ 2 – böyük bir şey olacaq: Belarus, Qazaxıstan, Ukrayna, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Ermənistan, bəlkə də Polşa…”, – deyə erməni ekspert qeyd edib.