Rusiyada 15-17 mart 2024-cü ilə təyin edilən prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin rəqibləri diqqət mərkəzindədir.
AzerTimes Rusiyada prezidentliyə namizədini irəli sürən və ya namizəd olacağı gözlənilən şəxsləri təqdim edir:
1. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski;
2. Yeni İnsanlar Partiyası: hazırda üç namizədə baxılır – Aleksey Neçayev, Vladislav Davankov və Sardana Avksentiyeva;
3. Vətəndaş Təşəbbüsü Partiyası: bu dəfə Kseniya Sobçakın əvəzinə Boris Nadejdin namizədliyini irəli sürəcək;
4. Rusiya Ümumxalq Birliyi Partiya Sergey Baburinin tövsiyəsi ilə müfti Anar Ramazanovun namizədliyini irəli sürməyi planlaşdırır;
5. Yabloko Partiyasından Qriqori Yavlinski seçkilərdə iştirak etmək niyyətindədir, lakin onun perspektivləri hələ də qeyri-müəyyəndir;
6. Rusiya Kommunist Partiyası Nikolay Xaritonovun namizədliyini irəli sürəcək;
7. İş adamı Oleq Deripaskanın də seçkidə iştirakı gözlənilir;
8. Rjevdən öz namizədliyini Yekaterina Duntsova irəli sürüb. Onun Mixail Xodorkovskinin strukturları ilə əlaqəli olduğu və ya onlar tərəfindən maliyyələşdirildiyi deyilir.
9. Vladimir Putin isə artıq sənədlərini MSK-ya şəxsən təqdim edib.