Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarını söndürmək üçün BE-200 amfibiya təyyarələrinin verilməsinə görə Rusiya lideri Vladimir Putinə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edirəm ki, bizə BE-200 amfibiya təyyarələrini təqdim etdi. Bunun sayəsində biz meşə yanğınlarının söndürülməsinin öhdəsindən daha asan gəldik”, – Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğan meşə yanğınlarının söndürülməsində göstərilən yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə də dərin təşəkkürünü bildirib.