Putinin sammiti Britaniya imperiyasını çökdürdü

Putinin sammiti Britaniya imperiyasını çökdürdü

BRİKS-in Kazanda keçirilən sammiti Britaniyanın dünyada nüfuzunun azaldığını nümayiş etdirdi.

AzerTimes xəbər verir ki, bu fikirlər “Politiko” qəzetinin “Britaniya imperiyasının sonu” adlı məqaləsində yer alıb.

Nəşr qeyd edir ki, uzun illər Böyük Britaniyanın mühüm müttəfiqi hesab edilən Hindistan və Cənubi Afrika kimi ölkələrin liderləri Kral III Çarlz və Böyük Britaniyanın Baş naziri Keyr Starmer tərəfindən Samoada 25-26 oktyabrda keçiriləcək Birlik sammitində iştirakdansa, Kazana səfərə üstünlük veriblər:

“Hindistanın Baş naziri Narendra Modi və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa – Birlik ölkələrinin ən güclü liderlərindən ikisi – Kazanda Rusiya Prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi inkişaf etməkdə olan əsas ölkələrin ayrı toplantısı olan və Çin lideri Si Szinpinin də iştirak etdiyi BRİKS sammitinə görə görüşdən imtina etdilər”.

Nəşr əlavə edib ki, London üçün əhəmiyyət kəsb edən bir sıra ölkələr, xüsusən də Şri-Lanka Kazana üstünlük verirlər. Eyni zamanda, hətta Böyük Britaniyanın danılmaz müttəfiqi olan Kanada da sammitə hökumət başçısını, hətta xarici işlər nazirini deyil, yalnız Böyük Britaniyadakı ali komissarını göndərir.

Teqlər: